Gecə namazında 40 nəfər mömin üçün dua edərkən onların adlarını necə yadda saxlamaq və saymaq lazımdır? 40 nəfərdən az adamın adını çəkmək olmaz?

Gecə namazının əməllərindən biri də 40 nəfər mömindən ötrü dua edib, onların günahlarının bağışlanmasını Allahdan diləməkdir. Dinimizdə belə bir ənənə vardır ki, duasının qəbul olmasını istəyən adamın başqalarından ötrü dua etməsi məsləhətdir. Hədislərdə deyilir ki, başqası üçün dua edənin öz duası da qəbul olar və insan özünə rəva bildiyini, özü üçün istədiyini başqaları üçün də istəməlidir.

40 nəfər mömin üçün dua edərkən onların adlarını yadda saxlaya bilməyən adam bunu kağıza yazıb üzündən oxuya da bilər. 40 nəfərin sayını itirməmək üçün köməkçi vasitələrdən, məsələn təsbehlə saymaqdan istifadə etmək də icazəlidir. Əgər insan 40 nəfər mömin tanımırsa yaxud vaxt azdırsa, bacardığı və bildiyi qədər mömindən ötrü də dua edə bilər, amma saya riayət etmək və 40 nəfər üçün dua etmək daha yaxşıdır.

Exit mobile version