İslam suallarda

Həzrət Mehdi (ə) elə Həzrət İsa Peyğəmbərdirmi (ə)? Dünyanın sonuna yaxın zühur edəcək bu iki nəfər eyni insandır ya fərqlidir?

Dünyanın sonundan qabaq mütləq baş verəcək bəzi hadisələr barədə məsumlarımızın hədislərində ətraflı şəkildə məlumat verilib. Bu hadisələrdən ən mühümü Həzrət Mehdinin (ə) zühur etməsidir. Həzrət Mehdinin (ə) şəxsiyyəti barədə müsəlman məzhəbləri arasında bir qədər fikir ayrılığı vardır. Bütün müsəlmanlar Mehdinin (ə) Peyğəmbər soyundan, Həzrət Fatimə (ə) övladından olmasına inanır. Şiələrin əqidəsinə görə, o, on birinci imam Həsən Əskərinin (ə) oğludur, uzun müddət bundan əvvəl qeybə çəkilib, hazırda diridir, qeyb halındadır və Allahın əmr etdiyi zaman zühur edəcək. Əhli-sünnə isə onun İmam Həsənin (ə) nəslindən olacağına, normal şəkildə doğulacağına və zühur edəcəyinə inanır.

Hədislərdə buyurulur ki, Həzrət Mehdi (ə) zühur edəndə Həzrət İsa Peyğəmbər (ə) də səmadan enəcək, Mehdiyə (ə) beyət edib onun arxasında namaz qılacaq, ona öz ilahi missiyasını yerinə yetirməkdə yardım göstərəcək. Beləliklə, Həzrət Mehdi (ə) və Həzrət İsa Məsih (ə) fərqli şəxslərdir, onları eyni saymaq yanlış düşüncədir.

Daha çox göstər
Back to top button