İslam suallarda

Hicri-qəməri və hicri-şəmsi təqvimlər nəyə əsaslanır?

Adından da göründüyü kimi, hər iki təqvimin kökündə hicrət hadisəsi durur. Həm hicri-qəməri, həm də hicri-şəmsi təqvim Həzrət Mühəmməd Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrətindən (miladi tarixlə 622-ci ilin iyul ayı) hesablanır. Hicri-qəməri təqvimdə günlər Ayın sferalarına əsasən təyin edilir. Belə ki, hicri-qəməri ayın əvvəllərində Ay hilal (aypara) şəklində olur, getdikcə bədrlənir, ayın sonuna doğru yenə hilal şəklinə düşür. Hicri-qəməri təqvimin adındakı birinci söz (hicri) onun hicrət hadisəsindən hesablandığını, ikinci söz (qəmər) isə Ay sistemi üzərində qurulduğunu göstərir. Hal-hazırda hicri-qəməri təqvim bəzi müsəlman ölkələrində rəsmi dövlət təqvimi kimi istifadə edilir. Orucluq, həcc kimi ibadətlər bu təqvim əsasında yerinə yetirilir. Hicri-qəməri il miladi ildən 10-12 il qısadır, çünki hilalın təzələnməsi üçün hər ay 29 və ya 30 gün çəkir.

Bundan fərqli olaraq İranda hicri-şəmsi təqvimdən istifadə edilir. Hicri-şəmsi təqvimin də başlanğıcı hicrətdən – miladi 622-ci ildən hesablanır; lakin bu, Günəş təqvimidir. İlin başlanğıcı Novruz bayramı günü sayılır. Hicri-şəmsi təqvim də miladi təqvim kimi 365 gündən ibarətdir, dörd ildən-bir uzun il (366 gün) olur.

Daha çox göstər
Back to top button