Mühəmməd ibn Əli ibn Əbul-əzaqir Şəlməğani hicri III-IV – miladi IX-X əsrlərdə yaşamış şəxsiyyətlərdən biridir. O, on ikinci imam Mehdinin (ə) kiçik qeybət dövründə ömür sürmüş, əvvəlcə şiə məzhəbinin görkəmli alimlərindən və hədis rəvayətçilərindən biri kimi tanınmışdı. On birinci imam Həsən Əskərinin (ə) səhabələrindən idi. Hətta onun tərtib etdiyi hədis kitabları şiələr arasında geniş yayılmışdı və mötəbər sayılırdı. İmam Mehdinin (ə) ikinci naibinin vəfatından sonra üçüncü naib (nümayəndə) Hüseyn ibn Ruh Novbəxti seçildi, bu seçim İmam Mehdi (ə) tərəfindən təsdiq edilmişdi. Lakin Şəlməğani naibliyə ondan daha layiq olduğunu düşünərək Novbəxtiyə qarşı çıxdı və özünün naib olduğunu elan etdi. İmam Mehdi (ə) Şəlməğaninin yalanını ifşa edən məktubda ona lənət göndərdi. Bundan sonra şiələr onun ətrafından tədricən dağıldılar. Şəlməğani 935-ci ildə Abbasi xəlifəsinin əmri ilə edam edildi.
Şəlməğani kimdir?
