İslam suallarda

Ölü halda yaxud vaxtından qabaq doğulmuş (bətndən düşmüş) uşağa da cənazə qüslü verilməlidirmi?

İslam şəriətinə görə, dünyasını dəyişmiş hər bir müsəlmana cənazə qüslü verilməli və kəfənə bükülməlidir. Bunun üçün cənazənin yaşının heç bir əhəmiyyəti yoxdur. Doğulduqdan dərhal sonra ölmüş, dünyaya ölü şəkildə gəlmiş uşaq da bu qaydalara uyğun dəfn edilməlidir. Hətta vaxtından əvvəl doğulmuş, dörd aylıq və daha böyük uşaq da qüsl edilməli və kəfənlənməlidir.

Bəzi hallarda dörd aydan daha tez ölü doğulmuş uşağın əgər bədən üzvləri artıq formalaşıbsa, ona da imkan daxilində qüsl verilməli və kəfənə bükülməlidir.

Əgər bətndən düşən rüşeymin hələ bədən üzvləri formalaşmayıbsa, ona qüsl vermək mümkün olmadığı üçün bir parçaya bükmək, torpağı qazıyaraq dəfn etmək lazımdır. Belə rüşeymə hörmətsizlik etmək, onu dəfn etməmək, zibilliyə tullamaq qəti surətdə günahdır.

Daha çox göstər
Back to top button