Xeyriyyəçiliklə məşğul olan adamın xeyriyyə pullarından özünə maaş kimi götürməsi icazəlidirmi?

Xeyriyyəçiliklə məşğul olmaq çox böyük savabdır. Bunu adətən təmənnasız olaraq, Allah rizasına edirlər. Bəzən isə xeyriyyəçiliyi özünə peşə etmiş şəxslər və ya qurumlar olur ki, onların fəaliyyətinin ardıcıl və səmərəli olması üçün bu işi görənlərin məvacib almasına ehtiyac yaranır. Əgər xeyriyyəçiliklə məşğul olan şəxs yardım edənlərə bu barədə açıq şəkildə xəbərdarlıq edərsə (yəni verilən pulun bir hissəsini özünə götürəcəyini bildirərsə) və onlar da razılıq verərlərsə, bu iş icazəli sayılar. Yox, əgər edilən yardımların yalnız ehtiyacı olan şəxsə yönəndirilməsi şərt qoyulubsa, pulu verən şəxs yalnız ehtiyaclı şəxsə yardım etdiyini düşünürsə, bu halda həmin puldan bircə qəpik də götürmək olmaz, bu, haramdır və günahdır.

Exit mobile version