Rəhmətə getmiş şəxsin paltarlarını mütləq evdən çıxarmaq lazımdır?

Xalq içində gəzən inanca görə, ölmüş şəxsin paltarlarını mütləq evdən çıxarmaq lazımdır, mərhumun ailə üzvlərindən, yaxınlarından kiminsə bu paltarları geyinməsi guya ona uğursuzluq, hətta ölüm gətirə bilər. Ona görə, mərhumun geyimlərini ya zibilliyə tullayır, ya da ənənəyə görə, ona qüsl vermiş şəxsə verirlər.
Halbuki, bu inancın heç bir əsası yoxdur. Mərhumun öz paltarları barədə vəsiyyəti yoxdursa, ailə üzvləri bunlardan istədikləri kimi istifadə edə bilərlər. Ölmüş şəxsin paltarlarını geyinmək heç kimə bədbəxtlik gətirə bilməz, bədbəxtliyin, ölümün bu yolla keçməsinə inanmaq tamamilə yanlışdır. Mərhumun ailə üzvləri, qohumları arxayınlıqla bu paltarları geyinə bilərlər. Əgər bunu istəməsələr, daha yaxşı olar ki, o paltarları tullamaqdansa, ehtiyacı olan birinə bağışlasınlar. Bu yolla mərhumun əməl dəftərinə savab yazmış olarlar.






