İslam suallarda

Əgər insan namazın niyyətini edərkən dili çaşsa və ya fikirli olduğu üçün niyyəti səhv söyləsə, bu zaman namazı düzgün sayılırmı?

İbadətlərdə mühüm olan niyyətdir. Məşhur hədisə görə, əməllər niyyətlərə bağlıdır. Niyyət deyərkən, insanın hər hansı əməli yerinə yetirmək məqsədi daşıması və bütün əməl boyunca bu fikirdə qalması nəzərdə tutulur. Namazda və sair ibadətlərdə niyyəti dil ilə söyləmək vacib deyil (hərçənd ki, arxayınlıq naminə bunu etmək müstəhəb sayılır). Yetər ki, insan namaza başlayarkən hansı namazı qıldığını qəti şəkildə özü üçün müəyyən etsin və bütün namaz boyunca bu məqsədində qalsın, onu dəyişdirməsin. Niyyətin mənası formasından daha mühümdür. Niyyət edən adamın dili çaşsa, yaxud fikirli olsa və niyyəti səhv söyləsə, bunun ibadətə ziyanı yoxdur. Məsələn, adam zöhr namazını qılmaq üçün durur, ürəyində bunu niyyət edir, amma dili çaşıb “əsr namazı qılıram” deyir. Əgər sonradan bu yadına düşsə, qıldığı zöhr namazı düzgündür.

Daha çox göstər
Back to top button