İslam suallarda

Əxlaq kitablarında xatırlanan ücb nə deməkdir?

Ücb müsəlmana yaraşmayan mənfi xüsusiyyətlərdən biri, təvazönün ziddidir. Bir kəsin özünü hamıdan üstün tutmasına, başqalarını özündən əskik bilməsinə, özünün bütün nöqsanlarına göz yumub, öz şəxsiyyətinə pərəstiş etməsinə ücb deyilir. Quran ayələri və hədislər ücbü tənqid edir. Məsələn, Qurani-kərimdə Hüneyn savaşına gedərkən bəzi müsəlmanların öz say çoxluqlarına arxayın olub lovğalanmaları, amma qəfil pusqu nətıcəsində az qala məğlub olacaqları xatırlanır: “Allah sizə çox yerlərdə, həmçinin, Hüneyn günündə kömək etdi. O gün çox olmağınız sizi ücb halına gətirsə də, bir faydası olmadı, gen dunya sizə dar oldu, sonra dönüb qaçdınız” (Tövbə, 25).

Ücb və təkəbbür insanı təkamül yolundan uzaqlaşdırır, onu əxlaqi gözəlliklərdən məhrum edir, dünyagörüşünü məhdudlaşdırır, ətrafdakılarla münasibətini pisləşdirir, insanı dar və qapalı bir çərçivəyə salır.

Daha çox göstər
Back to top button