İslam suallarda

Cənnətdə və Cəhənnəmdə qalmaq əbədidir yoxsa müvəqqəti?

Qurani-Kərimin ayələrində Cənnət və Cəhənnəm həyatının əbədi olacağı dəfələrlə vurğulanır. İslam alimləri arasında möminlərin Cənnətdə əbədi qalacaqları və oradan heç zaman çıxarılmayacaqları barədə fikir birliyi vardır. Allah elə ədalətsiz deyildir ki, Öz mükafatını yarımçıq kəsib möminləri nə zamansa bundan məhrum etsin. Əksinə, hədislərə görə, Cənnət əhli orada da tərəqqi edəcək və Cənnətin daha yüksək dərəcələrinə yüksələcək.

Əsas fikir ayrılığı Cəhənnəm əzabının daimi yoxsa müvəqqəti olmasındadır. Bir çox Quran ayəsi və mötəbər hədislər kafirlərin Cəhənnəmdə əbədi qalacaqlarını vurğulayır. (Quranda bununla bağlı “xalidin”, yəni əbədi qalanlar ifadəsi işlədilir). Lakin bəzi alimlər deyirlər ki, Cəhənnəmdə müəyyən bir dəstə əzab çəkdikdən sonra günahları silinəcək və onlar Cəhənnəmdən xilas olacaqlar. Amma buna əks mövqedə duranların fikrincə günahların silindiyi yer Cəhənnəm deyil, Əraf yaxud Bərzəx adlanan yaxud başqa məkandır, orada həqiqətən günahkarlar öz cəza müddətlərini başa vurub sonra Cənnətə buraxılacaqlar. Cəhənnəmə isə yalnız o adamlar salınacaq ki, orada əbədi qalmağa layiqdirlər.

Daha çox göstər
Back to top button