Həccin vacib əməllərindən biri də şeytanı simvolizə edən üç sütuna (bunlara cəmərə deyilir) xərda daş atmaqdır. Bu ayin rəmyi-cəmərat (yəni şeytanı daşlamaq) adlanır. Ayinin tarixini Hərət İbrahim Peyğəmbərlə (ə) bağlayırlar, rəvayətə görə, o, oğlu İsmail (ə) və xanmı Hacər vəsvəsə edən şeytanı daşla vurub qovmuşdular.
Hacılar zilhiccə ayının 9-undan 10-a keçən gecə Müzdəlifə vadisində 70 ədəd xırda daş toplayırlar. Zilhiccə ayının 10-da – Qurban bayramı günü hər kəs üç sütundan ən böyüyünə – Əqəbə cəmərəsinə 7 daş atır. Sonrakı 3 gündə də hacılar Minada qalırlar. Bu zaman hər gün üç sütunun üçü də daşlanır. Hər sütuna 7 xırda daş atılır. Beləliklə, zilhiccənin 11-i, 12-si və 13-də 63 ədəd, həcc zamanı ümumilikdə cəmərə sütunlarına 70 ədəd xırda daş atılır. Daşlar bir-bir atılır və hamısı hədəfə dəyməlidir. Bu işi asanlaşdırmaq və təhlükəsizliyi təmin etmək məqsədi ilə üç sütunun sahəsi genişləndirilmişdir.
