İslam suallarda

Həzrət İbrahimə (ə) “Xəlilullah” deyilməsinin səbəbi nədir?

“Xəlilullah” Həzrət İbrahim Peyğəmbərin (ə) ləqəbidir. Ərəb dilindən tərcüməsi “Allahın dostu” deməkdir. Qurani-Kərimdə bu barədə buyurulur: “Həqiqətən, Allah İbrahimi (özünə) dost tutmuşdur” (Nisa, 125).

Bu dostluğun mahiyyəti və səbəbləri barədə İslam müqəddəslərinin kəlamlarında məlumat verilir. İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Allah İbrahimi itaətkarlığına və Allahın razılığını qazanmaq yolunda səylərinə görə özünə dost tutdu. Yoxsa Allahın ehtiyacı yox idi ki, İbrahimi özünə dost tutsun”.

İmam Sadiqdən (ə) rəvayət edilən başqa bir hədisdə buyurulur: “Allah İbrahimi ona görə özünə dost tutdu ki, o, kömək üçün müraciət edən heç kəsi geri qaytarmaz və özü Allahdan savayı heç kəsdən bir şey istəməzdi”.

Deyirlər ki, Həzrət İbrahimin (ə) Xəlilullah məqamına çatmağının səbəbi acları doyurmağı, gecələr ibadət etməyi, hər bir işdə Allahın razılığını qazanmağa çalışmağı və çoxlu səcdə etməyi idi.

Daha çox göstər
Back to top button