Doğrudurmu ki, İslam tarixində ilk şəhid qadın olmuşdur?

Həqiqətən İslam tarixində ilk şəhid məş­hur səhabə Əmmar ibn Yasirin anası Süməyyədir. Süməyyə Məkkədə Bəni-Məxzum qəbiləsindən Əbu Hüzeyfə ibn Müğeyrənin kənizi idi. Ağası onu əslən yəmənli olan Yasirə ərə vermiş, bu izdivacdan Əmmar doğulmuşdu.

İslamın ilk illərində Süməyyə əri Yasir və oğlu Əmmarla birlikdə müsəlman oldu. Məkkədə müsəlmanlara əziyyət verildiyi gün­lərdə ən ağır işgəncələrə məruz qalanlardan biri də Süməyyə idi. Rəvayətə görə, onun əllərini dəvələrin quyruğuna bağlayıb, dəvə­ləri əks istiqamətlərə sürürdülər. Əzələləri gərilən, sümükləri sınan Süməyyə bütün iş­gəncələrə baxmayaraq İslam dinindən dön­mədi. Nəhayət, Əbu Cəhlin vurduğu nizə yarasından şəhid oldu. Ondan bir az sonra əri Yasir də işgəncə altında dünyasını dəyişdi.

Exit mobile version