İslam suallarda

Fitrə zəkatını hansı qida növlərindən vermək lazımdır?

Şəriət hökmünə əsasən, Fitr bayramı münasibətilə ehtiyaclı şəxslərə – fəqirlərə verilən fitrə zəkatını həm qida məhsulu şəklində, həm də onun qiyməti məbləğində pulla vermək olar. İnsanın yaşadığı bölgədə çox istifadə edilən buğda, arpa, düyü, kişmiş, xurma, qarğıdalı kimi məhsullardan fitrə zəkatı verməsi lazımdır. Adambaşına verilən fitrə zəkatı yuxarıda deyilən məhsullardan 3 kq. miqdarında hesablanır. Bir daha vurğulayırıq ki, yaşanan bölgədə daha çox istifadə edilən qidalara üstünlük verilməlidir. Əgər bölgədə bu qidalardan hər hansı biri nadir hallarda istifadə edilirsə, fitrə zəkatını o qidadan vermək olmaz. Adıçəkilən məhsullardan bir neçəsi geniş istifadədə sayılırsa, insan öz sosial vəziyyətinə uyğun olaraq, bunların hər hansı birini seçə bilər.

Daha çox göstər
Back to top button