İslam suallarda
Oruc tutan şəxs üçün hansı əməllər məkruh sayılır?

Orucun hökmləri şəriət kitablarında (risalədə) ətraflı qeyd edilib. Rusalədə yazılanlara əsasən, bəzi əməllər oruc tutan şəxsdən ötrü məkruh (bəyənilməz) sayılır. Bunlara aşağıdakılar aiddir:
Gözə dərman tökmək, sürmə çəkmək (əgər dadı ya iyi boğaza çatarsa), bədənin zəifləməsinə səbəb olan iş görmək (qan almaq, isti hamamda çimmək), boğaza çatmamaq şərti ilə buruna dərman tökmək, gül-çiçək iyləmək, əyindəki paltarı islatmaq, diş çəkdirmək və ağızdan qan gəlməsinə səbəb olan başqa iş görmək, nəm çöplə dişləri təmizləmək, lüzumsuz olaraq ağıza su almaq və s.
Bir daha qeyd edirik ki, bu əməllər orucu batil etməz, amma bəyənilməz sayılır və orucun savabını azaldar.






