İslam suallarda

İnsan orucun kəffarəsi olaraq altmış fəqirin hər birinə ayrı-ayrılıqda yemək verməlidir yoxsa bir fəqirə bir neçə pay vermək olar?

Orucluğun hökmlərinə görə orucunu üzrsüz yerə pozmuş şəxsin öhdəsinə bəzi hallarda kəffarə (cərimə) düşür. Kəffarənin növlərindən biri də oruc tutulmamış hər günün əvəzinə altmış nəfər fəqiri (kasıbı) doyuzdurmaq yaxud onların hər birinə 750 qram buğda ya çörək və ya bu kimi qidalardan verməkdir. Kəffarə olaraq ayrı-ayrılıqda altmış nəfər fəqirin hərəsinə bir pay qida vermək lazımdır. Əgər zəruri səbəb olmasa, fəqirlərin sayını azaltmaq, yəni məsələn 30 nəfərin hərəsinə iki pay və ya 20 nəfərin hərəsinə üç pay vermək düzgün deyil. Amma fəqirin ailə üzvlərini, hətta azyaşlı uşaqlarını da nəzərə alıb adambaşı pay hesablamaq olar. Bunun üçün fəqirin yetkinlik yaşında olan ailə üzvləri ona vəkalət verməlidirlər, yəni onların adından da ərzaq alıb evə gətirməsinə razı olmalıdırlar.

Daha çox göstər
Back to top button