İslam suallarda

Quranın özündə Quran hansı adlarla xatırlanıb?

Qurani-kərimin özündə Müqəddəs Kitab fərqli adlarla qeyd edilib. Bu adların hər biri Quranın bir xüsusiyyətini açıqlayır. Quranda “Quran” sözünün özü də işlədilib. Eləcə də, bəzi ayələrdə sadəcə olaraq “kitab” sözüna rast gəlirik, bunun da mənası yazı deməkdir. Qurani-kərimin “zikr”, yəni xatırlatma adlandırıldığı ayələr də var. Bəzən Allah Öz kitabını “Fürqan”  adlandırıb, yəni haqq ilə batili, doğru ilə yanlışı ayırıb fərqləndirən kitab. Quranın “tənzil”, yəni endirilmə mənasında işlədildiyi ayələr də var. Fərqli ayələrdə Quranın “nur”, “hüda” (doğru yol, hidayət), “şifa” (şəfa), “rəhmət”, “bəyan” (aşıqlama), “haqq”, “bürhan” (güclü sübut), “hökm”, “moizə” və s. adlandırıldığının da şahidi oluruq.

Daha çox göstər
Back to top button