İslam suallarda

Bir şəxs istixarə etməkdən və istixarəyə inanmaqdan tövbə edib. O, öz tövbəsini poza bilərmi? Onun tövbəsi övladı üçün də keçərlidirmi?

Əvvəla, bunu qeyd edək ki, tövbə yalnız haram əməllərdən edilə bilər. Yəni insan Allahın qadağan etdiyi işləri yerinə yetirməyəcəyi barədə tövbə edə bilər. İstixarə isə haram əməllər sırasına aid deyil. Ona görə də insanın heç zaman istixarə etməyəcəyi və ya etdirməyəcəyi barədə tövbə etməsi düzgün sayılmır, bu cür tövbə etibarlı deyil. Ona əməl etmək də insana vacib deyil.

Amma əgər insan heç zaman istixarə etməyəcəyi (etdirməyəcəyi) barədə Allah qarşısında, şəriətdə nəzərdə tutulmuş qaydada əhd bağlayıbsa yaxud qaydalara uyğun şəkildə and içibsə, gərək öz əhdinə və andına əməl etsin.

İnsanın istər tövbəsi, istərsə də əhdi və andı yalnız özü ilə bağlı qüvvədədir, başqa şəxsin – hətta ən yaxın qohumu və ailə üzvü olsa belə – onun tövbəsinə, əhdinə və ya andına əməl etməsi vacib sayılmır. İnsanın özündən başqa heç kimin boynunda bununla bağlı öhdəlik yoxdur.

Daha çox göstər
Back to top button