Qədir-Xüm məkanı harada yerləşir?

Məkkə və Mədinə şəhərlərinin fasiləsi 500 km.-ə yaxındır. Bu şəhərlərin arasında, Məkkədən təqribən 4 mənzil şimalda, Qırmızı dəniz sahilindən 10 km. məsafədə Cühfə kəndi yerləşirdi. Cühfədə Misir, Şam və Mədinə yolları bir-birində ayrılırdı. Peyğəmbərin həcc karvanı Cühfəyə çatanda Allah-təala öz Peyğəmbərinə “Maidə” surəsinin 67-ci ayəsini vəhy etdi.

Cühfədən təqribən 3 km. məsafədə Qədir-Xum vahəsi yerləşirdi. Ərəblər səhranın çökəklik yerlərinə “ğədir” deyirlər. Yağış mövsümündə bu çökəkliklərə su yığılır, sonra istinin təsiri ilə su tədricən buxarlanıb çəkilir. Nəhayət, yayın qızmar günlərində bu çökəklik də səhranın bir hissəsinə çevrilir. “Xumm” sözünün mənşəyi barədə bir neçə fərqli məlumat vardır. Bu sözü həm şəxs adı kimi, həm də “qamışlıq”, “bulaq çıxan yer”, “gölməçənin yanında qazılmış quyu” kimi mənalandırmışlar. Həqiqətən, Qədir-Xummdə bir quyu var idi; onu Peyğəmbərin yeddinci nəsildən ulu babası Mürrə ibn Kəb qazımışdı.

Exit mobile version