Camaat namazında insan namazın sözlərini imam-camaatdan əvvəl deyə bilərmi?

Camaat namazı müsəlmanların kollektiv şəkildə yerinə yetirdikləri ibadətdir. Bu namazın əsas mahiyyəti budur ki, insanlar qabaqda durmuş şəxsə – imam-camaata – iqtida edirlər, yəni onun rəhbərliyi altında namazı qılırlar. İmam-camaat namazın hər bir əməlini yerinə yetirəndən sonra ona iqtida edənlər də onun ardınca həmin əməlləri icra edirlər. Namazın əməllərini üzürsüz səbəb olmadan imam-camaatdan əvvəl icra etmək və bitirmək olmaz. Amma namazın sözləri istisnadır. Namazın qiraətini (Quran surələrini), zikrləri imamdan əvvəl də başlamaq və bitirmək olar. Əlbəttə, bunu camaat namazına maneçilik törədəcək dərəcədə etmək olmaz.

Yalnız namazın başlanğıcı sayılan “açılış təkbirini” (təkbirətül-ehram) imamdan əvvəl və ya onunla eyni zamanda söyləmək icazəli deyil, bu təkbiri mütləq imam-camaatdan sonra söyləmək lazımdır. Bu qaydaya riayət etməmək iqtida edən şəxsin namazının batil olmasına səbəb olar.

Exit mobile version