Aşura şəhidlərinin arasında səhabə olubmu?

Aşura şəhidləri içində fərqli yaşa malik və müxtəlif təbəqələrə mənsub şəxslər olmuşdur. Tarix kitablarında Aşura şəhidlərinin bir neçəsinin səhabə olması, yəni vaxtilə Həzrət Mühəmməd Peyğəmbəri (s) görməsi qeyd edilib.

Şəhid səhabələrin neçə nəfər olması barədə fikirlər fərqlidir. Əksər mənbələr Aşura şəhidlərindən üçünün səhabə olmasında fikir birliyinə sahibdir. Bunlar Əbdürrəhman ibn Əbdi-rəbbihi Ənsari, Ənəs ibn Haris Kahili Əsədi və Müslim ibn Ovsəcə Əsədidir. Bunlardan birincisi düşmənin ilk kütləvi hücumunu dəf edərkən, ikincisi təkbətək savaşlarda, üçüncüsü isə təkbətək savaşların arasında düşmənin sağ cinaha hücumu zamanı şəhid olmuşlar. Tarix kitablarında onların həyatı, Aşura günündəki şücaəti ətraflı şəkildə təsvir edilib.

Bunlardan əlavə, daha bir neçə nəfər şəhidin də səhabə olması barədə ehtimallar vardır. Amma bu məlumatlar bütün mənbələrdə öz təsdiqini tapmadığı üçün tam dəqiq sayılmır. Aşağıda onların adlarını təqdim edirik:

Cündəb ibn Hicr Kindi,

Əmmar ibn Əbi Səlamə Dalani,

Müslim ibn Küseyr Əzdi,

Şəbib ibn Abdullah Nəhşəli,

Cabir (və ya Cünadə) ibn Haris Səlmani,

Mücəmme ibn Abdullah Aizi.

Exit mobile version