Yəcuc-Məcuc tayfası ilə bağlı dini mətnlərdə əsasən nə deyilir?

Yəcuc-Məcuc tayfasının adı həm Bibliyada, həm də Quranda çəkilir. Qurana görə, Həzrət Zülqərneynin zamanında bu tayfa ətrafdakı xalqlara hücum edərək ziyan vururdu. Zülqərneyn çoxlu dəmir əridərək dağların arasında hündür və möhkəm divar qurdu, bununla da Yəcuc-Məcucun hücumlarının qarşısını aldı. İslam rəvayətlərinə görə, bu tayfa o zamandan bəri həmin səddi aşmağa cəsarət etməyib. Dünyanın sonuna yaxın, qiyamət əlamətlərindən biri də budur ki, Yəcuc-Məcuc tayfası o səddi aşıb yenidən ətrafa hücumlar edəcək. Müsəlmanlar onların əlindən ziyan görəcəklər.

Bu tayfanın dəqiq adı və məkanı barədə məlumatlar fərqlidir. Qədim dünyanın vəhşi tayfalarını, bəzən də xəzərləri və monqolları Yəcuc-Məcuc adlandırıblar. Onlar barədə hədislərdə və Quran təfsirlərində nisbətən geniş məlumat verilib.

Exit mobile version