İslam şəriətində müamilənin rəhn adlı bir növü vardır, bu da bizin anladığımız girov məfhumuna uyğundur. Yəni bir şəxs öz malını başqasının yanında müəyyən borc və ya pul müqabilində qoyur. Şərt kəsilir ki, əgər mal sahibi həmin məbləği vaxtında qaytara bilsə, girov alan həmin malın qiyməti qədərini özünə götürə bilər. Bu cür müamilə (digər şərtləri də nəzərə almaqla) haram deyil.
Amma hazırki lombard sistemi təkcə girov qoyulan malın qiyməti qədər deyil, ondan artıq pulu mal sahibindən alır. Yəni lombardlar aylıq faiz ödənməsini şərt qoyur. Bu isə şəriətin ziddinədir, sələm sayılır. Ona görə də üstündə aylıq faiz vermək şərti ilə malı lombarda qoymaq və bunun müqabilində pul almaq haram sayılır.
