Tuna balığını yemək icazəlidirmi?

Əvvəla, dəniz canlılarından hansının ətinin halal olması barədə İslam məzhəbləri arasında fikir ayrılıqları vardır. Əhli-sünnə məzhəbində bu mövzuda məhdudiyyət azdır və demək olar ki, bütün balıq növlərinin, hətta bütün dəniz canlılarının yeyilməsi icazəli sayılır. Şiə məzhəbində isə yalnız pulcuqlu balıqların yeyilməsi halaldır, pulcuqsuz balıqların yeyilməsi haramdır.

İkinci məsələ budur ki, şiə məzhəbində məhz hansı balıq növlərinin yeyilməsinə icazə verilməsi ilə bağlı konkret siyahı yoxdur. Şiə alimləri (müctəhidlər) hansı balığın pulcuqlu olmasını təyin etməyi mütəxəssislərin və ya şəxsin özünün öhdəsinə buraxırlar. Əldə olan məlumatlardan aydın olur ki, tuna balığı pulcuqlu balıqlar qisminə aiddir. Onun bədəninin qarın və böyür hissələrində pulcuqlar daha iri və sərt, qalan yerlərdə isə nisbətən xırdadır. Deyiləni nəzərə almaqla tuna balığının və ondan hazırlanan konserv məhsullarının yeyilməsi şiə məzhəbində də icazəli sayılır.

Exit mobile version