Hədisi-qüdsi nədir?

Bu söz ərəb dilində “müqəddəs hədis” deməkdir. Mənası Allah-taalaya, amma forması (söz quruluşu) Həzrət Mühəmməd Peyğəmbərə (s) aid olan kəlamlara hədisi-qüdsi deyilir. Başqa sözlə, hədisi-qüdsi elə kəlamdır ki, bunu Allah Peyğəmbərə məna şəklində vəhy edib, amma Peyğəmbər onu söz qəlibinə salaraq insanlara çatdırıb.

Quran ayələri ilə hədisi-qüdsi arasında 6 əsas fərqin olduğunu qeyd edirlər:

  1. Quran leksik baxımdan bənzərsiz və təkrarsızdır, yəni ecazı (möcüzəvilik xüsusiyyəti) vardır, hədisi-qüdsidə bu xüsusiyyət yoxdur.
  2. Namazda yalnız Quranın ayələri oxunmalıdır, hədisi-qüdsini namazda oxumaq olmaz.
  3. Quranı inkar edən kafirdir, hədisi-qüdsini inkar edən isə kafir sayılmaz.
  4. Quran vəhy mələyi Cəbrailin vasitəsilə nazil olub, hədisi-qüdsıdə bu xüsusiyyətin olması zəruri deyil.
  5. Quran məhz olduğu kimi Peyğəmbərə endirilib, hədisi-qüdsinin sözləri isə adətən, Peyğəmbərə məxsus olur.
  6. Quranın yazısına dəstəmazsız və ya qüslsüz toxunmaq olmaz, hədisi-qüdsiyə isə olar.

XVII əsrdə yaşamış məşhur alim Hürr Amilinin “Əl-Cəvahirüs-səniyyə fil-əhadisil-qüdsiyyə” kitabında 656 hədisi-qüdsi toplanıb.

Exit mobile version