İslam cinsiyyəti dəyişməyə icazə verirmi?

Cinsiyyəti dəyişmək deyərkən normal kişinin öz istəyi əsasında qadına çevrilmək üçün əməliyyat etdirməsi (və ya əksinə) nəzərdə tutulursa, buna dinimiz icazə vermir. Cinsi orientasiyası normal şəkildə olan şəxs sadəcə bunu istədiyi üçün cinsini dəyişə bilməz. Hətta əməliyyat və hormonlar vasitəsilə buna nail olsa da, günah etmişdir.

Amma əgər bir şəxsdə hər iki cinsin xüsusiyyətləri və funksiyaları mövcuddursa, o, cinslərin birində qalmağa üstünlük verərək, əməliyyat nəticəsində bədənindəki o biri cinsin əlamətlərini aradan qaldıra bilər. Çünki bu vəziyyət adətən insan üçün ciddi fizioloji və psixoloji problemlər yaradır, onun normal həyatına mane olur. Bu əməliyyatdan sonra həmin şəxs bir cinsə malik olur və artıq komplekslərdən qurtularaq normal həyatını yaşayır.

Exit mobile version