Dini kitablarda, əsasən irfani mənbələrdə rast gəlinən “qütb” anlayışı nədir?

Qütb dünyanın oxu, məhvəri deməkdir. Təsəvvüfdə irfanın ən yüksək dərəcəsinə çatmış şəxs qütb sayılır. O sanki Yer kürəsinin oxudur, dünya onun başına fırlanır. Əgər o olmasa, aləm məhv olar, Allah dünyanı onun xatirinə qoruyur. Qütb Allah tərəfinfən öyrəndiyi sirləri, o cümlədən ismi-əzəmi bilir. Onun ricalül-qeyb (qeyb adamları) kateqoriyasından köməkçiləri var, abdal, ovtad, nəqib və s. dərəcəsində olanlar ona tabedirlər. Qütb çətinlikdə olanların yardımına yetişir. Ona görə sufilər ehtiyac zamanı qütbə sarılırlar. Bəzən təsəvvüfdə qütb anlayışı ona yaxın olan “qovs” (əslində “ğovs”, yəni yardım) məfhumu ilə eyni tutulur. Təsəvvüfə görə varlıq dünyasında qütbün yeri bədəndəki ruhun yeri kimidir. Şiə təfəkküründə qütb məfhumu on ikinci İmam Hıəzrət Mehdini (ə) ifadə edir.






