Kişi qadına talaq verdikdən (əlbəttə, şərtləri daxilində) sonra qadın iddə adlanan müddəti gözləməlidir. Bu müddət ərzində qadın növbəti dəfə ərə gedə bilməz. O, iki dəfə heyz görüb pak olandan sonra üçüncü dəfə heyz görəndə iddəsi bitir və bundan sonra kəbin kəsdirə bilər. Amma bu müddət ərzində ərlə arvadın barışmaq hüququ vardır. Əgər iddə müddəti bitməzdən əvvəl kişi əməlindən peşman olub barışmaq istəsə, qadının yanına qayıda bilər. Bu zaman onun əlavə olaraq heç nə etməsi lazım deyil, bəzilərinin düşündüyü kimi kəbini təzədən oxuması da tələb olunmur. Sadəcə arvadı ilə barışmaq niyyətində olması kifayət edər. Qayıdış haqqı olan talaq iki dəfə verilə bilər. Üçüncü talaqdan sonra hökm dəyişir, bunu öyrənmək üçün şəriət kitablarına müraciət etmək lazımdır.
Kişi qadına talaq verib və bir aydan sonra fikrini dəyişib. Bu halda onlar nə etməlidirlər?
