Dini tarix kitablarında adına rast gəlinən Fizzə kimdir?

Fizzə Həzrət Fatimeyi-Zəhranın (ə) xidmətçisi olmuş qadındır. O, Həzrət Mühəmməd Peyğəmbərin (s) sağlığında cihadların birində müsəlmanlara əsir düşmüş, Peyğəmbər də onu Həzrət Əliyə (ə) və həzrət Fatiməyə (ə) bağışlamışdı. Onun milli mənşəyi barədə məlumatlar tam dəqiq deyildir. Tarix kitablarında Fizzənin nubiyalı (Şimali Afrikalı) olduğu yazılır. Bəzi rəvayətlərdə isə onun hətta hökmdar qızı olması xatırlanır.

Fizzə Həzrət Fatimənin (ə) evində bir neçə il xidmət etmiş, bu illər ərzində Əhli-beytin (ə) iman və əxlaq məktəbində tərbiyə almışdır. O, əvvəlcə Əbu Sələbə Həbəşi adlı müsəlmana ərə getmiş, onun vəfatından sonra isə Süleyk ibn Qətəfanla ailə qurmuşdur. Bu izdivaclardan Fizzənin bir neçə övladı dünyaya gəlmişdir.

Fizzənin özünəməxsus xüsusiyyətlərindən biri də düz iyirmi il (bəzi rəvayətlərə görə, hətta qırx il) yalnız Quran ayələri vasitəsilə danışması, söhbətlərində ayələrdən savayı heç bir söz işlətməməsidir. Bu barədə dini mənbələrdə ətraflı məlumat verilib.

Exit mobile version