Bəziləri ilk dörd xəlifənin Həzrət Mühəmməd Peyğəmbərlə (s) çox yaxın qohum, hətta əmioğu olduqlarını deyirlər. Bu fikir doğrudurmu?

Dörd xəlifənin hər biri Qüreyş qəbiləsinin fərqli qollarına mənsib idi. Həzrət Mühəmməd Peyğəmbər (s) Qüreyşin Bəni-Haşim qolundan olmuşdur. Əbu Bəkr Qüreyşin Bəni-Teym qoluna, Ömər Qüreyşin Bəni-Ədiyy qoluna, Osman Qüreyşin Bəni-Ümeyyə qoluna mənsub idilər. İmam Əli ibn Əbu Talib (ə) isə Qüreyşin Haşimilər qoluna aid idi, yəni Peyğəmbərlə (s) ən yaxın soykökünə malik idi.

Əbu Bəkr yeddinci nəsildən ulu babası Mürrə ibn Kəbin vasitəsilə, Ömər doqquzuncu nəsildən ulu babası Kəb ibn Lüveyin vasitəsilə, Osman beşinci nəsildən ulu babası Əbdimənafın vasitəsilə Həzrət Mühəmməd Peyğəmbərin (s) nəsil şəcərəsinə bağlanmışlar. İmam Əli ibn Əbu Talib (ə) isə Həzrət Mühəmməd Peyğəmbərin (s) doğma əmisi oğlu idi. Belə ki, onun atası Əbu Taliblə Peyğəmbərin atası Abdullah doğma qardaş idilər.

Exit mobile version