Namazda nəyin üzərinə səcdə etməyə icazə verilir?

Namazın səcdələrində yerin üzərinə, yerdə bitən, yeyilməyən və geyilməyən hər şeyin üzərinə səcdə etmək olar. Yeyilən məhsullara, eləcə də geyim kimi istifadə edilən materiallara səcdə etmək olmaz. Torpaq, qum, daş, kərpic, əhəngdaşı, mərmər, təbaşir kimi materialların, ağac budağının, yarpağın (yeyilməyəndirsə), insanın yemədiyi ot və güllərin, saman və yoncanın, kağızın üzərinə səcdə etmək icazəlidir. Şüşə, plastik, metal, qızıl və gümüş, meyvə, yeyilən göyərti üzərinə səcdə etməyə icazə verilmir. Cəfəri məzhəbində parçaya, xalma-palaza da səcdə zamanı alnı qoymaq düzgün sayılmır, amma əhli-sünnə məzhəbində bu məhdudiyyət yoxdur və xalça-palaz üzərinə səcdə etmək icazəli sayılır. Cəfəri məzhəbində səcdədə alnı qoymaq üçün ən üstün şey torpaqdır, torpaqların içində də ən üstünü İmam Hüseynin (ə) məzarı yerləşən Kərbəla torpağıdır. Cəfərilər adətən qumla suyun qarışığından ibarət möhürün üzərinə səcdə edirlər; çünki torpaq və sairədənsə, möhürün üzərinə səcdə etmək daha rahat və təmizdir.

Exit mobile version