İmam-camaatla ona iqtida edən şəxsin birinin əda, o birinin qəza namazı qılmasrı yaxud birinin vacib, o birinin müstəhəb namaz qılması icazəlidirmi?

Əgər imam-camaat əda, arxasındakılar isə qəza namazını qılsalar, maneçiliyi yoxdur. Əksi də icazəlidir, yəni özünün ya başqasının qəzaya getmiş namazını qılan imamın arxasında insan öz əda namazını qıla bilər. İmam qəza namazı qılırsa, ona iqtida edənin də öz qəza namazını qılması mümkündür.

Amma əgər imam ehtiyata görə namazını yenidən qılırsa, başqasının onun arxasında hər hansı namazı qılması icazəli deyil. İstisna yalnız o haldır ki, həm imam, həm də ona iqtida edən şəxs eyni səbəb üzündən namazı ehtiyatən yenidən qılsınlar. Məsələn, həm imam, həm də ona iqtida edən şəxs səfərdə məsafə və sairə baxımdan şəkkə düşərək namazı həm bütöv, həm də ixtisarla qılırlar.

Eləcə də, əgər imam-camaat vacib yox, müstəhəb namaz qılırsa, ona iqtida etmək olmaz. Yalnız yağış yağması üçün qılınan müstəhəb namazı, eləcə də, On ikinci imamın qeyb dövründə müstəhəb olan bayram namazlarını camaatla qılmağa icazə verilir.

↑
Exit mobile version