İslam suallarda

Dəstəmaz aldıqdan sonra diş qanasa və ya barmaq yaralansa, dəstəmazı təzələmək lazımdırmı?

Oxucu sual verir

Dəstəmazı pozan şərtlər içində bədənin hər hansı hissəsinin yaralanması, sızanağın deşilməsi, dişin qanaması kimi hallar qeyd edilməyib. Bunların heç biri dəstəmazı batil etməz. Dişi qanayan və ya barmağı yaralanan adamın dəstəmazı öz qüvvəsində qalır. O, sadəcə olaraq yaranı yuyub pak etməli, qanın ətrafa yayılmasının qarşısını almalıdır. Bədəndə və ya paltarda barmağın son bükümünün sahəsi boyda (şəriətdə buna bir dirhəm deyirlər) qan ləkəsi varsa, namaz qılmaq da izacəlidir. Qeyd edək ki, heyz və ya nifas qanı bura aid deyil. Heyz və ya nifas qanı bir zərrə qədər də gəlsə, dəstəmaz pozular. Bu qanın bir zərrəsi bədəndə ya paltarda olsa, namaz batil olar.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button