İslam suallarda

Dini kitablarda yazılmış “qədim alimlər” və “yeni (son dönəm) alimlər” deyərkən kimlər nəzərdə tutulur?

Dini ədəbiyyatda, əsasən alimlərin tərcümeyi-halından bəhs edən kitablarda onların fərqli təsnifatları verilir. Bu təsnifatlardan biri də alimlərin yaşadıqları zamana görə bölgüsüdür. Belə ki, müəyyən zaman kəsiminə kimi yaşamış alimləri “qədim” (ərəbcə “mütəqəddimin”), ondan sonra yaşayanları isə “sonrakı” yaxud “yeni” (ərəbcə “mütəəxxirin”) adlandırırlar. Bi hüdudlar barədə məlumatlar da fərqlidir. Geniş yayılmış rəyə əsasən, İslamın ilk əsrlərindən başlayaraq təqribən XIII əsrin sonlarına (böyük alim Mühəqqiq Hilliyə) kimi yaşamış şiə alimləri “qədim alimlər” (mütəqəddimin), həmin dövrdən təqribən XVI əsrin sonlarına (Müqəddəs Ərdəbiliyə) kimi müddətdə yaşayanları isə “son dönəm alimləri” (mütəəxxirin) adlandırırlar. Daha sonra yaşayanlar isə ən yeni alimlər sayılır.

Daha çox göstər
Back to top button