İslam suallarda

Paltarı günün altında qurutmaqla pak etmək mümkündürmü?

Şəriətə görə həm su, həm də Günəş şüaları ilə nəcasəti pak etmək mümkündür. Lakin bunların pak etdiyi obyektlər fərqlidir. Nəcasətə bulaşmış paltarı yalnız su ilə pak etmək olar, onu heç bir başqa vasitə ilə, o cümlədən Günəş şüası ilə pak etmək olmaz. Əvvəlcə paltarın üzərindəki nəcasətin özü təmizlənib aradan qaldırılmalı, sonra paltar təmiz yuyulmalıdır. Bundan sora paltarı suyun altlnda bir dəfə yuyub suyunu sıxmaq lazımdır, bundan sonra o, pak sayılır.

Günəşin paklamasına gəlincə, bu, nəcasətə bulaşmış yer səthinə və divara aiddir. Belə ki, bulaşıq yerin və ya divarın üzərindəki nəcasəti təmizləmək, sonra əgər nəmdirsə, gün şüaları altında tam quruyana kimi gözləmək lazımdır. Əgər yer və ya divar nəm deyilsə, onu islatmaq və sonra qurumasını gözləmək gərəkdir.

Daha çox göstər
Back to top button