İslam suallarda

Hər şeyi Alah yaradıbsa, bəs Allahı kim yaradıb?

Bu düşüncə tərzi yanlışdır. Hər şeyi səbəb-nəticə əlaqələri ilə bağlamaq olmaz. İslam düşüncəsinə görə, səbəb-nəticə əlaqələrinin sonundakı ilkin səbəb özü nəticə ola bilməz. Yəni hər şeyi Allah yaradıbsa, Allahın kim tərəfindən yaradıldığını axtarmaq yanlışdır. Çünki bu cür düçüncə tərzi sonsuz dairəyə gətirib çıxaracaq. İslam əqidəsində buna “təsəlsül”, yəni silsilə, zəncir deyilir. Əgər Allahın kimsə tərəfindən yaradıldığını düşünsək, sonra da həmin kimsənin özünün kim tərəfindən yaradıldığını axtarmalıyıq. Ondan sonra daha bir pillə irəliyə gedəcəyik və beləcə bu, mənasız, sonsuz bir dairə olacaq. Ona görə Allahın ilk səbəb olduğunu və bütün səbəblərin yaradıcısı, mənbəyi olduğunu qəbul etməliyik. Allah Özü səbəb-nəticə qanunlarını yaradıb və nizamlayır. Ona görə Özünün yaratdığı qanuna tabe olması qeyri-mümkün və qeyri-məntiqidir.

Daha çox göstər
Back to top button