İslam suallarda

Vəhdəti-vücud təliminin mənası nədən ibarətdir?

Vəhdəti-vücud təsəvvüfün əsasını təşkil edən fəlsəfi təlidir. Avropa fəlsəfi düşüncəsindəki panteizm anlayışına uyğundur. Bu təlim XII-XIII əsrlərdə yaşamış müsəlman filosofu Mühyiddin ibn Ərəbi tərəfindən irəli sürülmüş, onun “əl-Fütuhatül-Məkkiyyə” və “Füsusül-hikəm” kitablarında şərh edilmişdir.

Vəhdəti-vücud təliminə görə bütün varlıq aləminin mahiyyəti və kökü eynidir – Allahdır. Tək həqiqi olan vücud Odur, qalan hər şey Onun təcəllasıdır və etibari (nisbi) mahiyyət daşıyır. Necə ki, dərya, damcı, dalğa, köpük, şeh və s. anlayışlarının hamısının kökündə su durur və bunlar suyun fərqli formaları, fərqli adlarıdır. Yerə düşən Günəş şüalarının hamısı eynidir, amma bu şüalar hər yerdə müxtəlif şəkildə əks olunur, şüşənin üzərinə düşən Günəş şüası fərqli rənglər alır. Allahın vahid olan vücudundan gələn feyz də hər kəsdə fərqli formalarda təzahür edir və müxtəlif şəkillər alır, amma hamısının mahiyyəti və mənbəyi eynidir.

Daha çox göstər
Back to top button