İslam suallarda

İslamın ilk illərində də oruc tutmağın hökmləri indiki şəkildə idi?

Bəzi rəvayətlərdən məlum olur ki, orucun vacib edildiyi hicri 2-ci ildən hicri 5-ci ilə kimi həm gündüz, həm də gecə vaxtı müsəlmanlara öz həyat yoldaşları ilə cinsi əlaqədə olmaq qadağan idi. Həmçinin, müsəlmanlara yalnız orucluq gününün sonunda, yatmazdan əvvəl iftar etməyə icazə verilirdi. Kim müəyyən səbəblər üzündən axşam iftar açmadan yatsaydı, ertəsi gün ac-susuz halda orucunu davam etdirməli idi.

Rəvayətə görə, İslamın ilk illərində Mütim ibn Cübeyr adlı fiziki baxımdan zəif olan bir səhabə bu cür çətin duruma düşmüş, yəni axşam iftarını aça bilmədən ertəsi gün də oruc tutmuşdu. Xəndək savaşından əvvəl xəndək qazıntısı zamanı Mütim acından huşunu itirir, məlum olur ki, xeyli müsəlman da eyni vəziyətdədir. Bundan sonra “Bəqərə” surəsinin 187-ci ayəsi nazil oldu və müsəlmanlara sübh azanına kimi yeyib-içmək, cinsi əlaqədə olmaq (qüsl almaq şərti ilə) icazə verildi.

Daha çox göstər
Back to top button