İslam suallarda

Oruclu şəxsin üzünə qidalandırıcı krem çəkməsi icazəlidirmi?

Orucu batil edən əməllər və hallar şəriət kitablarında (risalədə) ətraflı şəkildə qeyd edilib. Bu halların arasında üzə (bədənə) hər hansı krem çəkilməsi qeyd edilməyib. Hər növ, o cümlədən qidalandırıcı kremlər də bura aiddir. Oruc tutmuş şəxsin dərisinə hər hansı krem çəkməsi orucu batil etməz.

Amma əlbəttə ki, kremin tərkibində pak olmayan maddələr varsa, namaz qılmaq üçün onun çəkildiyi yeri mütləq pak etmək lazımdır. Çünki namaz qılan şəxsin bədəninin və libasının pak olması mühüm şərtdir. Həmçinin əgər krem dərinin üzərində qalıb təbəqə yaradarsa və suyun dərini isltmasına mane olarsa, mütləq dəstəmazdan qabaq onu yuyub təmizləmək lazımdır. Əks halda dəstəmaz və namaz da batil olur.

Daha çox göstər
Back to top button