İslam suallarda

Qadın paklığı pozulmuş günlərdə dua edə bilərmi və bu zaman etdiyi dua qəbul olunarmı?

Qadın paklığı pozulmuş günlərdə gündəlik vacib ibadətləri yerinə yetirə bilməz. Yəni həmin günlərdə namaz qılması və oruc tutması qadağandır. Paklığı bərpa olandan sonra namazlarını davam etməli, oruc tutmadığı günlərin də qəzasını yerinə yetirməlidir.

Amma həmin günlərdə qadının dua etməsi qadağan deyil. Allah-taala heç bir şəraitdə Öz bəndəsinin Ona dua etməsini qadağan etməyib. Bəndənin Allaha dua qapısı həmişə açıqdır. Hətta qadının heyz günlərində namaz vaxtı daxil olanda üzü qibləyə sarı oturub dua və zikr oxuması savab sayılır. Allahın hansı duaları və kimin dualarını qəbul edib-etmədiyini söyləmək çətindir. Amma qadının paklığının pozulması onun duasının qəbul olmasına maneə deyil, Allah o halda da Öz bəndəsinin duasını müstəcab edə bilər.

Daha çox göstər
Back to top button