İslam suallarda

Əhli-Beyt üzvlərindən Həkimə adlı necə qadın olub?

Dini mətnlərdə Əhli-Beyt ailəsindən bu adı daşıyan bir neçə şəxsin adı çəkilir. İmam Kazimin (ə) qardaşı Muhəmməd Dibacın qızı, həmçinin İmam Kazimin (ə) digər qardaşı İsmailin oğlu Əlinin qızı da Həkimə adını daşıyırdılar. İmam Həsən Əskərinin (ə) qardaşı, onun vəfatından sonra imamət iddiası etmiş və buna görə “kəzzab” (yalançı) ləqəbi ilə tanınmış Cəfərin də Həkimə adlı qızı olmuşdur. Lakin Həkimə adını daşıyan ən məşhur Əhli-Beyt üzvləri İmam Musa Kazimin (ə) və İmam Muhəmməd Təqinin (ə) qızlarıdır. Onların hər ikisindən dini mənbələrdə hədislər rəvayət edilib. İmam Kazimin (ə) qızı Həkimə xatun İmam Muhəmməd Təqinin (ə) doğuluşu zamanı iştirak edib. İmam Muhəmməd Təqinin (ə) qızı Həkimə xatun isə İmam Mehdi Sahibəz-zamanın (ə) doğuluşuna şahid olub. İmam Kazimin (ə) qızı Həkimə xatunun məzarı Bakıdakı Bibiheybət ziyarətgahında, İmam Təqinin (ə) qızı Həkimə xatunun məzarı isə Samirədə, qardaşı İmam Nəqinin (ə) və qardaşı oğlu İmam Əskərinin (ə) qəbirlərinin yanında yerləşir.

Daha çox göstər
Back to top button