İslam suallarda

Murdar əşyanı, paltarı və ya bədən üzvünü əl ilə yuyub pak etdikdən sonra axırda əli də ayrıca yuyub pak etmək lazımdır?

Şəriətə əsasən, yuyub paklama zamanı su nələrə dəyirsə, onların hamısı eyni zamanda pak olur. Yəni bir-biri ilə təmasda olan əşyaların birini yuyub pak etməyi niyyət edən zaman onunla birlikdə o biri əşya da yuyulur və pak olur. Məsələn, nəcasətə bulaşmış əşyanı əl ilə yuyan zaman həm əşyanı, həm də əli ayrılıqda pak etməyə ehtiyac yoxdur. Əşya yuyularkən və suya çəkilərkən əl də onunla birlikdə eyni prosesi keçirsə, o da avtomatik olaraq sonda pak olur, əli axırda ayrıca pak etməyə ehtiyac yoxdur.

ləcə də, məsələn, cənazəyə meyyit qüslü verilən zaman meyyutun uzadıldığı taxta da eyni hökmü daşıyır. Qüslün sonunda meyyit pak olduğu zaman onun uzadıldığı taxta da pak sayılır, çünki qüsl prosesində meyyitlə birlikdə taxta da yuyulur.

Daha çox göstər
Back to top button