İslam suallarda

Peyğəmbərin xanımlarına niyə “ümmül-möminin” deyilir?

Oxucu sual verir

Qurani-Kərimin Əhzab surəsinin 6-cı ayəsində buyurulur: “Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun xanımları (möminlərin) analarıdır”. Təfsir kitablarında yazılıb ki, bu ayələr Peyğəmbərin xanımlarının başqalarına ərə getmələrinin qarşısını almaq üçün nazil olub. Belə ki, bəzi şəxslər hələ Peyğəmbərin sağlığında düşünürdülər ki, onun vəfatından sonra dul qalmış xanımları ilə evlənsinlər. Allah-Taala bu şəxslərin öz məqsədinə çatmaması üçün yuxarıdakı ayəni göndərdi. Bununla da Peyğəmbərin xanımları “möminlərin anası”, yəni onların məhrəmi adlandırıldı. Məlum olduğu kimi, insanın anası onun ən birinci dərəcəli məhrəmi sayılır və ana-bala arasında heç bir bəhanə ilə evlilik mümkün deyil. Bu ayə müsəlmanlardan tələb edirdi ki, Peyğəmbərin vəfatından sonra da onun xanımlarına öz anaları kimi baxsınlar, yəni onlarla evlənmək fikrini ağıllarına gətirməsinlər. Əlbəttə, bu ayə simvolik xarakter daşıyır, şəriət hökmləri baxımından Peyğəmbərin xanımları yenə möminlərə naməhrəm olaraq qalırdı.

Bu ayədən çıxış edərək, Peyğəmbərin xanımlarını “ümmül-möminin” ləqəbi ilə adlandırmaq ənənəsi mövcuddur. Əhli-sünnə məzhəbində bu ləqəb Peyğəmbərin xanımlarına üstünlük (fəzilət) kimi qəbul edilir. Şiə məzhəbində isə adətən bu ləqəbi Peyğəmbər xanımları üçün üstünlük saymırlar.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button