İslam suallarda
Mal ətindən bişirilmiş xörəkdə sümüyün içindəki iliyi yemək halaldırmı?
Oxucu sual verir

İslam dininə görə yeyilməsi haram olan maddələr şəriət kitablarının (risalənin) müvafiq bölümlərində izah edilib. Haram qidaların bir qisminə kəsilən heyvan cəmdəyinin bəzi hissələri daxildir. Onların sayı 14-dür: qan, peyin, öd kisəsi, dalaq, sidik kisəsi, gözün bəbəyi, erkək və dişi cinsiyyət üzvləri, xayalar, balalıq, düşul adlanan vəzi, beyindəki noxud ölçüsündə vəzi, onurğa sütununun içində olan ilik və onurğa sütununun iki tərəfində olan piy.
Göründüyü kimi, burada sümüklərin içində olan ilik qeyd edilməyib. Halal yolla kəsilmiş heyvanın adətən iri sümüklərinin içində olan və sümük doğrandıqda içindən çıxan ilik yeyilə bilər. İstisna olaraq, heyvanın onurğa sütununun içində olan ilik haram sayılıb.