Günəş və Ay tutulmaları zamanı hansı hallarda ayat namazı qılınmalıdır?
Oxucu sual verir
Dini kitablarda qeyd edildiyi kimi, bəzi təbiət hadisələri zamanı ayat namazı adlanan xüsusi namaz növü qılınmalıdır. Məsələn, Günəş və Ay tutulması, zəlzələ, insanları qorxuya salan şimşək, qara və qırmızı külək, dağ uçqunu və torpaq sürüşməsi kimi hadisələr bura aiddir.
1. Məlumdur ki, Günəş və Ay tutulmaları həm tam, həm də natamam formada olur. Yəni Günəş və ya Ayın diski ya bütöv şəkildə, ya da qismən tutulur. Həm tam, həm də natamam tutulmalar zamanı ayat namazının qılınması vacibdir.
2. Yalnız bu hadisələrin müşahidə edildiyi məntəqələrdə ayat namazı qılınmalıdır. Əgər Yer kürəsinin bir hissəsində Ay və ya Günəş tutulması müşahidə edilsə, başqa hissəsində isə qətiyyən müşahidə edilməsə, müşahidə edilməyən bölgələrdə ayat namazı qılmaq lazım deyi. Burada müşahidə edilməmək dedikdə coğrafi şərait nəzərdə tutulur. Yəni hətta ən ideal hava şəraitində də həmin bölgədə Günəç ya Ay tutulması baş vermir.
3. Əgər bir məntəqədə Günəş ya Ay tutulmasının baş verməsi elmi yollarla sübuta yetibsə, ona yaxın olan məntəqələrdə də göz ilə müşahidə edilirsə, amma məhz bu bölgədə hava hədsiz buludlu olduğu üçün görünmürsə, yenə ayat namazını qılmaq lazımdır.