İslam suallarda

Qurani-Kərimdə kölələrlə rəftar qaydaları barədə çoxlu ayələr vardır. Buradan belə nəticə çıxa bilərmi ki, Quran köləliyi təbliğ edir və bəyənir?

Həqiqətən, Qurani-Kərimdə kölələrlə rəftar, onların hüquqları ilə bağlı ayələr mövcuddur. Unutmaq olmaz ki, Müqəddəs Kitabımız köləliyin mövcud olduğu VII əsrdə Ərəbistanda nazil olub. İslam dini köləliyi dərhal ləğv etmək məqsədilə göndərilməyib. Peyğəmbərimizin davranışından görünür ki, o həzrət başqasını özünə kölə etməyi bəyənməyib, həmişə kölələri azad etməyə çalışıb və müsəlmanlara da öz kölələrinin hüquqlarını ciddi surətdə qorumağı tapşırıb. Köləliyin ləğvi dərin sosial-iqtisadi dəyişikliklər nəticəsində mümkün ola bilər, bir neçə il ərzində bu problemi həll etmək mümkün deyil. Ona görə də Quranda köləlik mövzusu ilə bağlı ayələrin olması qəribə deyil. Quran ayələrinin çoxusu bütün zamanlara ünvanlansa da, konkret şəraitlə, hətta konkret hadisələrlə bağlı ayələr də Müqəddəs Kitabda az deyil.
İkincisi, Quranda hər hansı mövzu ilə bağlı ayələrin olması həmin mövzunun bəyənilməsi və təbliğ edilməsi mənasına gəlməz. Quranda bəzi xoşagəlməz əməllər və günahlar barədə də ayələr mövcuddur. Yuxarıda qeyd edildiyi kimi, köləliyin ləğvi bir neçə ayə ilə dərhal mümkün olmadığı üçün, Allah onunla bağlı bəzi hökmləri Quranda izah etmişdir. Köləlik ləğv edilənə kimi bu hökmlər qüvvədə olmuşdur.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button