İslam suallarda

Şəriət hökmləri baxımından vətən deyərkən nə nəzərdə tutulur? Kökü seyyid olan azərbaycanlı şəxs üçün Ərəbistan yaxud nəslin vaxtilə köçüb-gəldiyi ölkə vətən sayılırmı?

Şəriətin nəzərdə tutduğu vətən anlayışı ilə insanların zehnində olan (ürfi) vətən anlayışı fərqlidir. Belə ki, şəriət baxımından insan öz vətənini dəyişmək və seçmək ixtiyarındadır. Bir şəhərdə (ölkədə) yaşayan şəxs başqa yerdə yaşamaq niyyəti ilə köçüb-getsə, təzə yer onun üçün vətən sayılacaq. Əgər insan hər iki məkanda növbə ilə yaşamağa niyyət etsə, o halda bu məkanların hər ikisi onun vətəni sayılır. Qeyd edək ki, şəriət baxımından vətən anlayışı əsasən səfərdə namaz və oruc hökmlərinin icrası zamanı qarşıya çıxır. Belə ki, şəriət baxımından səfər şərtləri daxilində bir yerdən başqa yerə hərəkət edən adam getdiyi yerdə 10 gündən az qalsa, orada 4 rükətlik namazları 2 rükət şəklində qılmalı və oruc tutmamalıdır (səfərin şərtləri risalələrdə ətraflı qeyd edilib). Amma vətəninə səfər edən şəxs orada neçə gün qalmasından asılı olmayaraq, namazları tam qılmalı və orucunu qaydasıyla tutmalıdır.
Seyidliyin vətən anlayışına aidiyyatı yoxdur. Seyidlərin nəsli uzun əsrlər bundan əvvəl Ərəbistandan köç etmişdir. Bu qədər uzun müddətdən sonra azərbaycanlı bir seyidin Ərəbistanı özünə vətən seçməsi mümkün deyil.

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button