Mübarək Ramazan ayında oruc tutmaq, buna sağlamlığı imkan verən və səfərdə olmayan hər kəsə vacibdir. Kim üzürsüz səbəbdən oruc tutmasa, günah qazanır. Amma bu günahda başqası ona şərik ola bilməz. Oruc tutub-tutmamaq hər kəsin öz seçim və imanından asılıdır. Bir adam oruc tutmursa, amma başqasının ona yemək verməsini tələb edirsə, ona yemək vermək günah deyil. Əgər restoram kimi xidməti idarələrdə işləyən ofisiant özü orucludursa, müştəriyə yeməyi gətirə bilər, bunda onun üçün günah yoxdur, hətta bu ofisiantın vəzifəsidir. Yaxud valideyn öz oruclu övladına ona yemək gətirməsini tapşırsa, övlad valideynin sözünə qulaq asmalıdır. Burada məsələ yemək sifariş edən şəxsin insaf və vicdanına bağlıdır. O, oruclu adamın ona qulluq etməsini rəva görməməlidir.
Əlaqəli məqalələr
-
Heç bir müctəhidə təqlid etməmiş şiə məzhəbli insanın ibadətləri düzgün sayılırmı? -
Bəziləri deyir ki, “əgər bütün insanlar ölürsə, o halda dini qaydalara əməl etməyin nə mənası var? Qoy kefim istəyən kimi yaşayım”. Bu fikirə dinimiz hansı cavabı verir? -
Murdar əşyanı, paltarı və ya bədən üzvünü əl ilə yuyub pak etdikdən sonra axırda əli də ayrıca yuyub pak etmək lazımdır? -
Namazda səhvən iki yox, üç dəfə səcdə edilibsə, nə etmək lazımdır? -
Ərəfə günü hansı gündür? -
Qünut nədir və İslam məzhəblərinin buna baxış tərzi necədir? -
Həzrət Mehdi ilə bağlı İslamda ümumi rəy nədir? -
İslam dini evdə və ya həyətdə it saxlamağa necə baxır?
