İslam suallarda

Ölüyə toxunmuş şəxs qüsl almazdan qabaq özü başqa adama toxunsa, ikinci adama da qüsl almaq vacibdir?

Ölüyə toxunma qüslü (məssi-meyyit) insana o zaman vacib olur ki, dünyasını təzəcə dəyişmiş və hələ bədəni soyumamış cənazəyə toxunsun, ya da cənazəyə kəfəndən qabaq verilən 3 qüsl hələ tamamlanmadan ona toxunsun. Cənazənin bədəni tam soyuduqdan və ya cənazəyə 3 dəfə qüsl verildikdən sonra toxunmaq qüslə səbəb olmaz.

Məssi-meyyit qüslü təkcə cənazəyə toxunan insanla bağlı olan bir ayindir. Bu şəxs başqasına toxunmaqla, başqası ilə ünsiyyət qurmaqla ikinci adama qüsl vacib olmaz. Ümumiyyətlə, bütün qüsllərdə bu xüsusiyyət mövcuddur. Cənabətli adam və ya heyzli qadın da ikinci şəxslə görüşsə, ona toxunsa, həmin adama qüsl almaq lazım deyil. Öhdəsində qüsl olmaq bədənin murdar olması deyil ki, təmas vasitəsilə başqasına ötürülə bilsin.

Daha çox göstər
Back to top button