İslam suallarda

“Axund” sözünün mənşəyi nədir?

Axund – ruhani xadimlərə verilən adlardan biridir (molla, imam, xətib, şeyx və s. ilə yanaşı). XV əsrdən – Teymurilər dövründən bəri müsəlman ölkələrində bu addan istifadə edilir.

İlk dəfə məşhur özbək şairi Əlişir Nəvai (1441-1501) öz müəllimi Mövlana Fəsihəddin Nizami haqqında bu ləqəbi işlədib.

“Axund” sözünün mənşəyi barədə alimlər arasında fikir ayrılığı var. Bəziləri bu sözün pəhləvi (qədim fars), bəziləri türk, bəziləri isə hətta yunan dilindən götürüldüyünü qeyd edirlər.

Sözün birinci hecasındakı “a” hərfinin fars dılində “ağa” kəlməsinin yüngülləşdirilmiş və qısaldılmış forması olduğu ehtimal edilir.

“Xund” hecası isə ya qədim pəhləvi dilində “ağa, başçı” mənasını verən “xuda” sözündən, ya da farsca “xundə” (oxumuş) kəlməsindən qaynaqlanır. Beləliklə, axund ya ağa, başçı, ya da oxumuş, savadlı adam deməkdir.

Daha çox göstər
Back to top button